Oyandığımız hər sabah yeni fürsət və yeni başlanğıclar deməkdir. Motivasiya kitablarından və filmlərindən tez-tez qarşılaşdığımız bu cümlədə bir çox uğurlarımızın kodları gizlənib. Bu barədə dərindən düşünən insanların artıq bu cümlədən başlayan uğur hekayələri də var. Buradakı uğur hekayəsi xəyal etdiyiniz həmin karyera yüksəlişi, biznes modeli, unikal startaplar və daha çoxu ola bilər. Biznesdən danışmışkən biznes krediti də bir çox hekayələrin baş qəhrəmanı olub və olmağa davam edir. Necə? Gəlin bu haqqda tanış olaq.

Biznes krediti nedir?

Biznes kreditləri sahibkarlıq fəliyyəti göstərən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan kredit növüdür. Sahibkarlar işlərini böyütmək, avadanlıq almaq, dövriyyə vəsaitini artırmaq, yeni filiallar açmaq və digər məqsədlərini həyata keçirmək üçün bu krediti əldə edə bilər. Xüsusilə kiçik və orta sahibkarlar üçün böyük əhəmiyyət daşıyır. Məsələn, hər hansısa kofe məkanı, gözəllik salonu, kitabxana və ya başqa biznes sahibləri tez-tez maliyyə çatışmazlığı, təmir ehtiyacları kimi çətinliklərlə qarşılaşa bilirlər. Yaxud müştərilərin tələblərinə uyğun işləri daha da böyütmək, daha çox ərazidə xidmət göstərmək məqsədilə filial açmaq ehtiyacı yaranır. Bu və oxşar situasiyalarda sahibkar kreditləri əsl göydəndüşmə fürsətə çevrilir. 

Biznes krediti kimlere verilir?

Biznes kredit sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə, kiçik və orta müəssisələrə, startap təsisçilərinə və fərdi sahibkarlara təklif olunur. Biznesin rəsmi formada fəaliyyət göstərməsi mütləqdir. Çünki bütün bankların biznes krediti şərtləri bunun əsasında formalaşır.

Biznes krediti nece verilir?

Krediti əldə etmək üçün ilk olaraq onlayn və ya fiziki şəkildə bank filialına müraciət etmək lazımdır. Online biznes krediti sifarişi zamanı gəlirləriniz və biznes fəaliyyətinizə aid olan bütün sənədləri sifariş linkindəki xanalara yükləməyiniz tələb olunacaq. Banka yaxınlaşarkən isə bu sənədlər bank əməkdaşına təqdim olunur. Bank mütəxəssisləri müraciətinizi qiymətləndirir və sizə uyğun şərtləri təqdim edir. Ola bilər ki, əldə etmək istədiyiniz məbləğ biznes fəaliyyətinizlə uzlaşmaya bilər, yaxud kredit tarixçənizə və ya digər səbəblərə görə ümumi yekun nəticə gözləntinizdən fərqli ola bilər. Ümumilikdə şərtlər sizi qane etdikdə daha sonra müqavilə şərtləri ilə tanışlıq və kredit müqaviləsinin imzalanması mərhələsi gəlir. Kredit məbləğinin nağd şəkildə əldə edilməsi, yaxud hesabınıza köçürülməsi mümkündür. Əgər krediti onlayn alış-veriş məqsədləriniz, yaxud digər onlayn işlər üçün əldə edirsinizsə, yaxşı olar ki, qərarınızı da buna uyğunlaşdırasınız.

Biznes krediti şərtləri necədir?

Hər bir bankın biznes krediti şərtləri fərqli olsa da, borcalanların əsasən aşağıdakı şərtlərə cavab vermələri tələb olunur:

  • Şirkətin və ya sahibkarın ən azı 6 aylıq fəaliyyət göstərməsi
  • Maliyyə hesabatları və gəlirlərə dair sənədlər
  • Girov və ya təminat (tələb oluna bilər)

Sərfəli biznes kreditini necə seçmək olar?

Bankların veb-saytlarında və mobil tətbiqlərində təqdim olunan online biznes krediti sifariş keçidləri əslində ən sərfəli bank kreditini seçməyə yaxından kömək edir. Belə ki, bu keçidlərin aşağısında və ya yuxarısında biznes krediti kalkulyator aləti yerləşir. Alətə kreditə götürmək istədiyiniz məbləği və müddəti daxil edirsiniz. Kalkulyator sizə kreditin sonda nə qədərə başa gələcəyini və aylıq ödənişləri hesablayaraq təqdim edir. Beləliklə, bir neçə bankın təklifləri üzrə hesablama apararaq ən sərfəli sahibkar kreditini seçə bilərsiniz. 

Biznesinizin gələcəyi sizin əlinizdədir

Sahibkar kreditlərinin yaratdığı üstünlüklərdən yararlanaraq elə indi biznesinizi böyütməyə başlayın. Şərtləri, müraciət qaydalarını və kalkulyator vasitəsilə hesablama imkanlarını dəyərləndirərək siz də biznesinizi inkişaf etdirə və arzularınızı gerçəkləşdirə bilərsiniz. Biznesdə bir çox addımlar pul ilə ölçülürsə, sizin ölçü bələdçiniz kreditiniz olsun.