Kənd təsərrüfatı sektoru dünyada qida zəncirinin formalaşmasında böyük rol oynayır. Şəhərlərdən uzaq ərazilərdə yaşayan insanlar gündəlik qida ehtiyaclarını kənd təsərrüfatı məhsulları vasitəsi ilə qarşılayır. Eyni zamanda, gündəlik istifadə etdiyimiz əksər məhsulların və əşyaların istehsalı üçün xammalın çoxu məhz bu sektordan əldə olunur. Kiçik, orta və ya iri fermer olmasından, yaxud məhsul yetişdirmə məqsədlərindən asılı olmayaraq, hər bir təsərrüfat sahibi üçün özəl şirkətlər və dövlət qurumları tərəfindən müxtəlif güzəştli şərtlər təklif edilir. Bu kimi tədbirlər arasında fermerlərin agrar kredit əldə etməsinə yaradılan şəraiti xüsusilə qeyd etmək lazımdır. 

Agro kredit nədir?

Aqro kredit təsərrüfat sahiblərinə müxəlif kənd təsərrüfatı işlərini planlamağa, plan üzrə işləri həyata keçirməyə dəstək olan, onların işlərini asanlaşdıran və sürətləndirən kredit növüdür. Agrar kredit kənd təsərrüfatı sektoru üçün həyati əhəmiyyət kəsb edir. Çünki sözügedən kredit məhsulu fermerləri çətin vəziyyətlərdən xilas edir. Bitkilərin yetişdirilməsi zamanı fermerin pulu kiyafət qədər çox deyilsə, yaxud qəfil xərcləri yaranarsa, təsərrüfatını böyütmək imkanı ələ düşərsə və digər məqamlarda agro kredit sifarişi bütün işləri yoluna qoymağa kömək edir. 

Aqrokredit götürmək məqsədləri

Aqrokredit toxum, gübrə və pestisid çeşidlərini, kənd təsərrüfatı texnikalarını, alətlərini, əkin ləvazimatlarını, təsərrüfat mallarını və ümumilikdə bütün kənd təsərrüfatı məhsullarını əldə etmək üçün istifadə oluna bilər. Burada əldə olunan kredit aqro xərclərin qarşılanmasına sərf olunur. Beləliklə, fermer müxtəlif bitkiləri yetişdirmək üçün ehtiyac olan məhsul və texniki vasitələri, həmçinin xidmətləri əldə etmək məqsədilə yaranan xərcləri agrar kredit vasitəsilə ödəyir. Yetişdirdiyi məhsulu yerli və dünya bazarına çıxaran fermerlər də, həmçinin ilkin xərcləri qarşılamaq üçün aqrokredit götürmək üçün müraciət edə bilər. Nəhayət məhsul yığımından sonra fermerlərin öz məhsullarını sataraq götürdükləri kreditlərin ikiqat, üçqat məbləğində gəlir qazanmaları mümkündür.

Aqro kreditin üstünlükləri

Aqro kredit fermerlərə bir çox üstünlüklər vəd edir. İlk olaraq aqrokreditin hissəli ödəniş imkanlarını vurğulamaq daha məqsədəuyğun olar. Çünki fermerlər böyük məbləğli xərcləri bir addımda qarşılayır və ümumi ödənişi hər ay daha kiçik məbləğlərlə hissə-hissə borc götürdüyü quruma ödəyir. Nəticədə fermerin işləri axsamır, plan üzrə gedir və bütün lazımi məhsul və avadanlıqları ala bilir. Təsərrüfat sahibləri yaxşı bilir ki, zərərverici həşəratlar, xəstəliklər və alaq otlarına qarşı mübarizə aparmadıqda bütün sahə sıradan çıxa bilir. Bəzən bu istiqamətdə istifadə olunan pestisidlərin qiyməti baha olur. Ancaq fermerlər agro kredit götürməklə bu kimi problemlərdən itkisiz xilas ola bilərlər. 

Aqro kredit güzəştləri 

Ölkəmizdə dövlət qurumlarında və banklarda fermerlərə sərfəli şərtlərlə aqrokreditlər təklif olunur. Belə ki, kredit aqro məqsədlə götürüldükdə, tətbiq olunan faiz dərəcələrinə, kreditin ödənmə müddətinə və digər nüanslara xüsusi güzəştlər tətbiq edilir. Fermerlərə məhsullarını satmaq və bazara çıxarmaq üçün müxtəlif imkanlar yaradılır. Aqro kredit bank vasitəsilə əldə olunduqda təsərrüfat sahibləri üçün bank tərəfindən pulsuz aqro kredit kartı təqdim olunur. Fermerlər müraciət etdikləri banklardan asılı olaraq zaminsiz və girovsuz aqrokredit əldə edə bilər. 

Agrokredit götürmək şərtləri

Aqrokredit sifariş etmək üçün bank filiallarına yaxınlaşmaq və ya online agrokredit sifarişi həyata keçirmək kifayətdir. Aqro kredit sifarişi zamanı banklar müxtəlif tələblər irəli sürə bilər. Buraya fermerin kənd təsərrüfatı sahəsində minimum sahibkarlıq fəaliyyət müddəti, VÖEN hesabına malik olması, minimum yaş meyarı və ya digər şərtlər aid edilə bilər. Kredit aqro məqsədlər üçün sifariş olunduqda fermerin daha münasib şərtlər təklif edən bankı seçməsi daha faydalı olar.

Sonluq

Agrar kredit fermerlər üçün əsl təsərrüfat dostudur. Təsərrüfat xərclərinin aqrarkreditlər vasitəsilə asanlıqla qarşılanması keyfiyyətli, bol və əmtəəlik məhsul əldə etməyə gətirib çıxarır. Həmçinin kənd yerlərində həyat səviyyəsi yaxşılaşır. Fermerlərin işləri asanlaşır və daha böyük zərərlərin, itkilərin qarşısı alınır. Necə deyərlər, aqrokredit xərcləndikcə, daha çox qazanc gətirir.